Avstriya nüvə anlaşmasının qorunması vacibliyini vurğulayıb
İyul 28, 2018 16:43 Asia/Baku
Avstriyanın xarici işlər naziri bütün tərəflərin nüvə anlaşmasının icrasına sadiq olmalarını zəruri adlandırıb.
Avstriyanın xarici işlər naziri Karin Knaysel bu ölkənin Avropa Birliyinə sədrliyi dövründə nüvə anlaşmasını müdafiə üzrə prioritetlərini bəyan edərək, deyib ki, hətta əgər bir tərəf çoxtərəfli anlaşmadan çıxarsa, başqalarını onu icra etdiklərinə görə cərimə edə bilməz.
Avstriyanın xarici işlər naziri əlavə edib: Amerikanın nüvə anlaşması barədəki hədəfi, aşkar şəkildə bu anlaşmanın bütövlükdə məhv edilməsidir, amma yerdə qalan tərəflər göstərdilər ki, bu anlaşmada qalmaq niyyətindədirlər.