İsti havalar Türkmənistanda da can aldı
https://azeri.sahartv.ir/news/dünya-i319121-İsti_havalar_türkmənistanda_da_can_aldı
Havaların isti keçməsi Türkmənistanda bir neçə nəfərin həyatını itirməsinə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2018 04:05 Asia/Baku
  • İsti havalar Türkmənistanda da can aldı
    İsti havalar Türkmənistanda da can aldı

Havaların isti keçməsi Türkmənistanda bir neçə nəfərin həyatını itirməsinə səbəb olub.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkmənistanda havaların isti keçməsinə görə 10-dan çox insan həyatını itirib. Əsasən Aşqabad şəhəri və Daş Oğuz məntəqəsində baş verən ölüm halları əsasən metro stansiyaları və avtobus dayanacaqlarında qeydə alınıb. 

İsti hava nəticəsində həyatını itirənlər əsasən orta yaşlı və yaşlı insanlar olublar. 

Bu günlər Türkmənistanın bəzi məntəqələrində havanın temperaturu 50 dərəcəyə çatıb.