Pxenyan ABŞ-ın Şimali Koreyanın nüvə tərksilahının necəliyinə dair istəyini rədd etdi
https://azeri.sahartv.ir/news/dünya-i319596-pxenyan_abŞ_ın_Şimali_koreyanın_nüvə_tərksilahının_necəliyinə_dair_istəyini_rədd_etdi
Şimali Koreya nüvə başlıqlarının sayını azaltmasına dair ABŞ-ın istəyini rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2018 06:59 Asia/Baku
  • Pxenyan ABŞ-ın Şimali Koreyanın nüvə tərksilahının necəliyinə dair istəyini rədd etdi
    Pxenyan ABŞ-ın Şimali Koreyanın nüvə tərksilahının necəliyinə dair istəyini rədd etdi

Şimali Koreya nüvə başlıqlarının sayını azaltmasına dair ABŞ-ın istəyini rədd edib.

Vox.com internet portalının verdiyi məlumata görə, ABŞ hökuməti nüvə tərksilahına dair Pxenyana zaman cədvəli təqdim edib. Amma, Şimali Koreya bunu rədd edib. 

Aydın olur ki, Vaşinqton və Pxenyan arasında ötən aylar ərzində sıx müzakirələrin aparılmasına baxmayaraq, Şimali Koreyanın nüvə tərksilahına dair hansısa razılıq əldə olunmayıb. 

Bu məlumata görə, ABŞ-ın Şimali Koreyanın nüvə tərksilahı ilə bağlı zaman cədvəlində deyilir: Şimali Koreya öz nüvə başlıqlarının 60-70 faizini 6-8 ay ərzində təhvil verməlidir. 

Bu məlumatda həmçinin deyilir: Amerika və ya üçüncü bir tərəf nüvə başlıqlarını təhvil almalı və onları Şimali Koreyadan çıxartmalıdır. 

Şimali Koreya bu planı rədd edib.