Rusiya dollar ilə ticarəti azaltmağa çalışır
Avq 13, 2018 20:40 Asia/Baku
Rusiya baş nazirinin müavini bu ölkənin digər ölkələrlə sövdələşmələrində dolların rolunu azaltmağa hazır olduğunu bildirib.
Rusiya baş nazirinin müavini və bu ölkənin maliyyə naziri Anton Siluanov bu gün Rossiya-1 telekanalına məktubda Moskvanın Vaşinqtonun bank sanksiyaları ilə mübarizəyə hazırlaşdığını bildirərək, vurğulayıb ki, Rusiya dollar ilə ödənişləri və sövdələşmələrini azaldacaq.
ABŞ-ın İran, Türkiyə və Rusiyaya qarşı sanksiyaları dolların dünya ticarətindəki hökmranlığını sındırmaq üzrə səyləri sürətləndiribdir.
Digər ölkələr, o sıradan Çin də bildiribdir ki, öz ticarət və bank ehtiyatları dövriyyələrinə digər valyutaları daxil edəcəklər.