Avq 14, 2018 09:17 Asia/Baku
  • Ermənistanın sabiq prezidenti azadlığa buraxılıb
    Ermənistanın sabiq prezidenti azadlığa buraxılıb

2008-ci ildə Ermənistanda ictimai etirazları repressiya etmək ittihamı ilə bir həftə öncə saxlanılan sabiq prezident azadlığa buraxılıb.

İRNA-nın Kommersanta istinadla verdiyi məlumata görə, Ermənistanın Apelyasiya Məhkəməsi bazar ertəsi günü Robert Koçaryanı günahsız adlandırıb və onun azad olunmasına qərar verib. 

Koçaryanın vəkili deyib: Müvəkkili barəsində çıxarılan qərarın dəyişdirilməsinin əsas səbəbi bu ölkənin sabiq prezidentinin toxunulmazlığı haqda Ermənistan Konstitusiyasının maddəsidir. 

Vəkil Koçaryanın işinin bağlanması ehtimalını da mümkünsüz hesab etməyib. 

İrəvan Məhkəməsi 2008-ci ildə ictimai etirazları qanlı şəkildə yatırması və konstitusiyaya zidd addımlar atması ittihamı ilə iki həftə öncə Ermənistanın sabiq prezidentinin həbsinə qərar vermişdi. 

Koçaryan ona qarşı irəli sürülən ittihamların əsassız və siyasi xarakterli olduğunu bildirib. 

2008-ci il 1 martda Ermənistanda prezident seçkilərindən sonra İrəvanda hökumət müxalifləri aksiya keçirdilər. Etirazçıların repressiyasında 8 nəfər öldü, 230 nəfər də yaralandı. 

Robert Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub. O 1991-ci ildə müstəqillik qazanan bu ölkənin 2-ci prezidenti sayılır. 

Teqlər