Avq 24, 2018 10:14 Asia/Baku
  • İmran xan: İslamabad Vaşinqtonun siyasətlərini yerinə yetirmir

Pakistanın baş naziri bu ölkənin yeni dövlətinin ABŞ qarşısındakı siyasətlərinin bəyanında deyib ki, İslamabad Vaşinqtonun siyasətlərini yerinə yetirmir və Vaşinqton İslamabadı özünün nökəri deyil, dostu bilməlidir.

İmran xan dünən axşam deyib: Vaşinqtonun İslamabadı özünün nökəri deyil, dostu bilməsinin vaxtı gəlib çatıbdır, zira Vaşinqton öz qüvvələrinin Əfqanıstandan çıxmaları istiqamətində İslamabadla həmkarlığa ehtiyaclıdır.

Pakistanın yeni baş naziri ABŞ-ın terrorizmə qarşı müharibəyə kömək barədəki sədaqətsizliyini tənqid edərək, qeyd edib ki, onun ölkəsi Əfqanıstan savaşında təqribən 80 milyard dollar ziyan çəkibdir. Amerikanın bu savaşdakı xəsarətləri isə təqribən 20 milyard dollar olubdur.

Tramp dövləti ötən həftələr ərzində İslamabada qarşı təzyiq siyasətinin davamında bildirib ki, hərbi təlim sahəsində Pakistanla həmkarlığın kəsilməsində qətiyyətlidir. Bu məsələnin ardınca Vaşinqton Beynəlxalq Valyuta Fondunun İslamabada maliyyə yardımının edilməsinə maneçilik törətdi.

Teqlər