Avq 25, 2018 20:15 Asia/Baku
  • Papa keşişlərin əxlaqsızlıqlarından utandığını deyib
    Papa keşişlərin əxlaqsızlıqlarından utandığını deyib

Dünya katoliklərinin rəhbəri kilsə rəsmilərinin keşişlərin seksual cinayətləri ilə mübarizədə məğlubiyyətə uğramalarından utandığını deyib.

Frans Pressin verdiyi məlumata görə, Papa Fransis bu gün Dublində İrlandiyanın baş naziri Leo Varadkar il görüşündə etiraf edib ki, kilsə rəsmiləri keşişlərin seksual su-istifadələri ilə mübarizədəki uğursuzluğuna görə utanır. 

Görüşdə İrlandiyanın baş naziri katolik kilsədə əxlaqsızlıq olayı ilə mübarizə üçün əməli addımların atılmasına çağıraraq deyib: Kilsənin bu qara keçmişi ədalətin bərqərar olunması, həqiqətin hakimiyyəti və qurbanların acılarının düzəlməsi ilə aradan qaldırıla bilər. 

Papa ötən həftə də dünya katoliklərinə müraciətdə keşişlərin seksual cinayətlərini və bu cinayətlərin ört-basdır edilməsini pisləyərək bu sahədə cavabdehlik tələb edib. 

 Papanın İrlandiyaya səfəri ABŞ-ın Pensilvaniya ştatında katolik kilsəsində keşişlərin 70 illik seksual cinayətlərinin ifşa olunmasından bir həftə sonra həyata keçir. 

Həmin ifşaçılıqda bildirilir ki, mindən çox uşaq son 70 il ərzində 300 keşiş tərəfindən cinsi zorakılığa məruz qalıb. 

Teqlər