Avq 27, 2018 13:14 Asia/Baku
  • ABŞ vətəndaşları Floridada atışma hadisəsinin araşdırılmasını istəyiblər
    ABŞ vətəndaşları Floridada atışma hadisəsinin araşdırılmasını istəyiblər

Amerikanın Florida ştatında yerləşən Cekson Vill şəhərinin sakinləri bu şəhərdə atışma hadisəsinin araşdırılmasını istəyiblər.

Cekson Vill şəhərinin sakinləri dörd nəfərin ölməsi və bir qrup insanın da yaralanması ilə nəticələnən bu şəhərdəki son atışma barədə bildiriblər ki, Amerikanın siyasi xadimləri yuxudan oyanmalıdırlar, zira onlar ölmək xətəri ilə üzləşən bir xalqın nümayəndəsidirlər.

Amerika vətəndaşları qeyd ediblər ki, onların canlarının Amerikanın siyasi xadimləri üçün heç bir dəyəri yoxdur.

Cekson Vill şəhərinin polisi dünən bildiribdir ki, silahlı bir hücumçu video oyunları üzrə turnirin keçirildiyi məkana toplaşmış insanlara tərəf atəş açıb və hələ bununla bağlı artıq təfərrüat verilməyibdir.

Eyni zamanda, ABŞ-ın Cikaqo şəhərinin polisi də bu şəhərin müxtəlif məntəqələrində atışmalar nəticəsində üç nəfərin öldürülməsindən xəbər verib.

Hər il Amerikada odlu silahla atışma nəticəsində minlərə nəfər ölür və bu ölümcül hadisələr silah lobbisinin əsas himayədarlarından sayılan Donald Trampın bu ölkənin prezidenti kimi hakimiyyətə gəlməsindən sonra daha da artıbdır.

Teqlər