Rusiya Qərbin Suriyadakı kimyəvi fitnə sənədlərini BMT-yə verib
Rusiya xarici işlər naziri Suriyada saxta kimyəvi hücumun formalaşması üzrə sənədlərin BMT-yə və kimyəvi silahların qadağan edilməsi üzrə təşkilata təqdim edilməsindən xəbər verib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən bildirib ki, Moskva müxtəlf mənbələrdən əldə etdiyi möhkəm sənədləri BMT-yə və kimyəvi silahların qadağan edilməsi üzrə təşkilata təqdim edibdir.
Rusiyanın xarici işlər naziri bu təşkilatlardan istəyibdir ki, Suriyada bu cür təhrikedici hərəkətlərin ifşa olunması qarşısında öz məsuliyyətlərinə əməl etsinlər.
Lavrov Suriyanın İdlib şəhərinin vəziyyətinə və bu məntəqədə insan keçidlərinin yaradılması üzrə müzakirələrə toxunaraq, əlavə edib: Suriya dövləti tamamilə bu haqqa malikdir ki, İdlibdə yerləşən terrorçuları oradan çıxarsın.
Rusiyanın xarici işlər naziri bir daha vurğulayıbdır ki, İdlibdə gərginliyin azaldılması məntəqəsində Dəməşqlə dialoqa hazır olan dövlətlə müxalif silahlılar ilə Cibhətunnusrə kimi terror qrupları arasında fərq qoyulmalıdır.
Rusiyanın xarici işlər naziri bir neçə gün bundan qabaq xəbərdarlıq etmişdi ki, Amerika, İngiltərə və Fransa Suriya ordusunu ittiham etmək və onun ardınca bu ölkəyə hücum məqsədilə İdlibdə terrorçularla əlbirliklə özlərini saxta kimyəvi hücum ssenarisinin icrasına hazırlayırlar.