Tereza Mey brixit barədə təkrar referenduma qarşı çıxıb
https://azeri.sahartv.ir/news/dünya-i321480-tereza_mey_brixit_barədə_təkrar_referenduma_qarşı_çıxıb
Britaniyanın baş naziri bu ölkənin Avropa Birliyindən çıxması(brixit) barədə yenidən referendumun keçirilməsinə dair tələblərə qarşı çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2018 15:23 Asia/Baku
  • Tereza Mey brixit barədə təkrar referenduma qarşı çıxıb
    Tereza Mey brixit barədə təkrar referenduma qarşı çıxıb

Britaniyanın baş naziri bu ölkənin Avropa Birliyindən çıxması(brixit) barədə yenidən referendumun keçirilməsinə dair tələblərə qarşı çıxıb.

AP-nin verdiyi məlumata görə, Britaniyanın baş naziri bu gün Sandey Teleqraf qəzetində dərc olunan bir mətləbdə yazıb: 2016-cı il iyunda milyonlarla britaniyalı bu ölkənin AB-dən çıxmasına səs verdi. 

Tereza Meyin mühafizəkar hökuməti Britaniyanın AB ilə gələcək əlaqələrinin müəyyənləşməsindən sonra brixit barədə yenidən referendumun keçirilməsi üzrə tələblərlə üz-üzə durur. 

Britaniya baş naziri həmçinin brixitin tərəfdarlarının sərt müxalifətinə rəğmən Britaniyanın Avropa Birliyindən ayrılmasından sonra London ilə AB arasında yaxın ticarət əlaqələrini davam etdirəcəyi barədə söz verib.