Londonda şeyx Zəkzakinin azadlığı tələb olunub
Dünən gecə Londonda onlarla hüquq müdafiəçisi Nigeriyanın Londondakı səfirliyi önünə toplaşaraq bu ölkənin islami hərəkatının rəhbəri şeyx Zəkzakinin azadlığa buraxılmasını istəyiblər.
İRNA-nın verdiyi məlumata görə, bu etiraz aksiyasının iştirakçıları Plakatlar daşıyaraq səsləndirdikləri şüarlarda Nigeriya ordusu tərəfindən bu ölkə şiələrinə qarşı həyata keçən cinayətləri pisləyərək şeyx Zəkzakinin azadlığa buraxılmasını istəyiblər.
Şeyx Zəkzaki və həyat yoldaşı 2015-ci il 13 dekabrda Nigeriya ordusunun Zariya şəhərinin hüseyniyəsinə hücumunda həbs edildi.
Nigeriya ordusu bu əməliyyatda hüseyniyə qarşısına toplaşan insanların üzərinə atəş açaraq yüzlərlə adamı o sıradan şeyx Zəkzakinin üç oğlunu şəhid etdi.
Nigeriyanın Ali Məhkəməsi 2016-cı il dekabrda şeyx Zəkzakinin azadlıq hökmünü verdi və bu ölkənin təhlükəsizlik təşkilatlarını onun ailəsinə 150 min dollar kompensasiya ödəməyə məhkum etdi. Amma Nigeriya ordusu və təhlükəsizlik qrumları bu hökmü icra etməkdən boyun qaçıraraq şeyx Zəkzakini həbsdə saxlayıblar.
Nigeriya islami hərəkatının rəhbərinin yaxınları bildiriblər ki, onun sağlamlıq durumu gərgindir və dərhal azadlığa buraxılmalıdır.
Son aylarda Nigeriya xalqı geniş etiraz aksiyaları keçirərək şeyx Zəkzakinin azadlığa buraxılmasını istəyib.