Sen 21, 2018 18:57 Asia/Baku
  • Amerikada silahlı zorakılıq hallarında 16 nəfər həyatını itirib, 50 nəfər yaralanıb
    Amerikada silahlı zorakılıq hallarında 16 nəfər həyatını itirib, 50 nəfər yaralanıb

Ötən 24 saat ərzində ABŞ-ın müxtəlif ştatlarında qeydə alınan 59 silahlı insident zamanı 16 nəfər ölüb, 50 nəfər yaralanıb.

Amerikada silahlı insidentlərin qeydiyyata alınması mərkəzinin verdiyi məlumata görə, son 24 saat ərzində Merilənd, İlinoys, Nevada, Nyu-York və Kaliforniya ştatlarında silahlı insidentlər qeydə alınıb.

Bu mərkəz həmçinin bildirib: Ötən 48 saat ərzində ABŞ ərazisində 181 silahlı insident qeydə alınıb. Bu məlumata görə ötən 2 gündə müxtəlif ştatlarda çıxan atışmalarda 51 nəfər ölüb, 137 nəfər  yaralanıb.

Hər il Amerikada minlərlə insan odlu silahdan açılan atəşin qurbanı olur.

Amerikada silah lobbisinin böyük nüfuza malik olması odlu silahların satışı, daşınması və ondan istifadə qaydalarının sərtləşdirilməsinə mane olur.

ABŞ prezidenti Donald Tramp özü Amerika Milli Tüfəng Assosasiyasının üzvü olaraq əsas silah lobbisi sayılır.

Teqlər