Tunislilər İsrail məhsullarını daşıyan gəminin limana yan almasına imkan verməyiblər
Tunislilər İsrail rejimi ilə əlaqələrin normallaşdırılmasına qarşı mübarizələrinin davamında İsrail istehsalı olan məhssulları daşıyan gəminin Tunisin dəniz limanlarına yan almasına mane olublar.
İRNA-nın məlumatına görə, Tunisin Məşğulluq Sindikatı bu gün cümə bir bəyanat yayaraq, bildirib: İsrail rejimi ilə əlaqələrin normallaşdırılması ilə mübarizənin zəruriliyi və vacibliyini nəzərə alaraq, İsrail istehsalı olan məhsulları gətirmiş gəminin Sfaks limanına yan almasına icazə verilməyib.
Bu bəyanatda həmçinin deyilir: Honq Konq bayrağı altında üzən bu gəmi öz yükünü işğal edilmiş Fələstindən götürüb. Bu gəmi bu gün səhər yükünü Tunisdə boşaltmalı idi. Amma, bunun qarşısı alınıb.
Tunisin Məşğulluq Sindikatı həmçinin, bu kimi gəmilərin Tunisin sahil sularına daxil olmasına icazənin verilməsinin mənfi nəticələri haqda xəbərdarlıq edərək, İsrail rejimi ilə əlaqələrin normallaşdırılmasını qadağan edən qanun layihəsinin hazırlanmasının sürətləndirilməsini istəyib.
Tunisin Məşğulluq Sindikatı qeyri-hökumət təşkilatdır.