Putin Əhvaz terror hücumunu "qanlı cinayət" adlandırıb
https://azeri.sahartv.ir/news/dünya-i323366-putin_Əhvaz_terror_hücumunu_qanlı_cinayət_adlandırıb
Rusiya prezidenti Əhvaz terror hücumunu "qanlı cinayət" adlandırıb və bildirib ki, Moskva terrorizmlə mübarizə sahəsində Tehranla əməkdaşlığı gücləndirməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2018 13:02 Asia/Baku
  • Putin Əhvaz terror hücumunu
    Putin Əhvaz terror hücumunu "qanlı cinayət" adlandırıb

Rusiya prezidenti Əhvaz terror hücumunu "qanlı cinayət" adlandırıb və bildirib ki, Moskva terrorizmlə mübarizə sahəsində Tehranla əməkdaşlığı gücləndirməyə hazırdır.

Əhvaz terror hücumundan sonra İran prezidenti Həsən Ruhaniyə mesaj göndərən Vladimir Putin bu terror hücumunda bir qrup İran vətəndaşının şəhid olması münasibətilə başsağlığı verərək, vurğulayıb: Əhvazda baş verənlər bir daha bütün üslublarında terrorizmlə sərt mübarizənin zəruriliyini ortaya qoyur.

Moskvanın terrorizmlə mübarizə sahəsində Tehranla əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirən Putin ümidvarlıq edib ki, qanlı Əhvaz cinayətinin amilləri cəzalandırılacaqlar.