Səudiyyə və əmirliklər İrandakı terror hücumunda rol oynayıblar
Amerikadakı İranlıların Milli Şurası- NAYAK-ın müdiri Ərəbistanın və əmirliklərin İranın Əhvaz şəhərində törədilmiş terror hücumunda rol oynamalarından xəbər verib.
Trita Parsi "Middle East Eye" saytında verdiyi qeyddə yazıb ki, Ərəbistan və əmirliklər İranın Əhvaz şəhərində törədilmiş terror hücumunda rol oynayıblar.
Trita Parsinin yazdığına görə, Ağ Ev-lə yaxın əlaqələrə malik olan Ərəbistan başçıları regiondakı müdaxilə mahiyyətli siyasətlərini davam etdirirlər.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün deyib: Əmirliklərin siyasi müşavirlərindən birinin İranın Əhvaz şəhərində törədilmiş terror hücumu barədəki ağılsız sözlərinin ardınca əmirliklərin Tehrandakı müvəqqəti işlər vəkili İran İslam Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Tehranın bu məsuliyyətsiz və hörmətsiz ifadələrə qarşı etirazı ona elan olunubdur.
Əbu-Dabi vəliəhdinin müşaviri Abdullah Abdulxaliq öz twitter səhifəsində İranın Əhvaz şəhərində törədilmiş terror hücumunu alqışlayaraq, iddia edibdir ki, hərbi hədəfə qarşı hərbi hücum həyata keçirilib və bu, terror hərəkəti deyildir.