Okt 07, 2018 16:29 Asia/Baku
  • İndoneziyada zəlzələ və sunamidə itkin düşənlərin və həlak olanların sayı artıb
    İndoneziyada zəlzələ və sunamidə itkin düşənlərin və həlak olanların sayı artıb

İndoneziyada fövqəladə hallarla mübarizə üzrə milli agentlik bu ölkədə zəlzələ və sunaminin baş verməsindən doqquz gün sonra həlak olanların sayını 1763 nəfər elan edibdir.

İndoneziyalı rəsmilər bildiriblər ki, 1763 nəfərdən əlavə, indiyədək bu zəlzələ və sunaminin baş verməsi nəticəsində beş min nəfər itkin düşüb və yetmiş min nəfər də evsiz-eşiksiz qalıbdır.

İndoneziya rəsmiləri bundan öncə Sulavesi adasında zəlzələ və sunami qurbanlarının sayını 1571 nəfər elan etmişdilər.

Sentyabrın 28-də İndoneziyanın Sulavesi əyalətində dörd güclü zəlzələ baş verdi və bəzi məntəqələrdə sunamiyə səbəb oldu. Ən güclü yeraltı təkan 7.5 bal gücündə idi ki, bəzi məntəqələrdə sunami və yer sürüşməsi ilə müşayiət olundu.

260 milyon nəfərdən çox əhalisi olan İndoneziya "alov halqası" adlı qurşaq üzərində yerləşir. Orada çoxlu sayda və güclü zəlzələ baş verir.

Teqlər