Tehrana qarşı kampaniya; Belçikada iranlı diplomat həbs olunub
Belçika prokurorluğu dünən iddia edibdir ki, bir iranlı diplomat terrorçu münafiqlər qaragüruhunun Fransada keçirilən toplantısında bombaqoyma planında rol oynamaqda ittiham edilərək, həbs olunubdur.
Bundan öncə Almaniya prokurorluğu çərşənbə axşamı günü iddia etmişdi ki, terrorçu münafiqlər qaragüruhunun Fransanın paytaxtı Paris şəhərinin ətrafında keçirilən toplantısında bombaqoyma planında rol oynamaq ittihamı ilə həbs etdiyi iranlı diplomatı Belçikaya təhvil veribdir.
Bu ssenarinin hazırlanmasından sonra İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi dünən Almaniyanın Tehrandakı səfirinin İran Xarici İşlər Nazirliyinə çağırtdırılmasından xəbər verdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Tehranın İranlı diplomatın həbs edilərək, ekstradisiya olunması ilə bağlı etirazları Berlinə bildirildi və vurğulandı ki, bu məsələ İran-Avropa əlaqələrinin düşmənləri tərəfindən düzəldilmiş saxta fitnədən mənşə alır ki, şübhəsiz, bu, Fransada yerləşən terrorçu münafiqlər qaragüruhunun özü tərəfindən planlaşdırılıbdır.
Münafiqlər və Paris ətrafındakı gülünc yığıncağın səudiyyəli və amerikalı qonaqları qənaətbəxş nəticə almadıqdan sonra İrana qarşı kampaniya başlandı və iddia olundu ki, İran əslli belçikalı cütlük münafiqlərin yığıncağında bombaqoyma əməliyyatı həyata keçirmək ittihamı ilə Belçikada həbs olunubdur.