İsveçrənin Xarici İşlər Nazirliyi Ərəbistan səfirliyinin müvəqqəti işlər vəkilini çağırtdırdı
İsveçrənin Xarici İşlər Nazirliyi Ərəbistanın Berndəki səfirliyinin müvəqqəti işlər vəkilini jurnalist Camal Qaşıqçının yoxa çıxması olayı ilə bağlı çağırtdırıb.
İRİB-nin verdiyi məlumata görə, İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Atiye Barteş şahzadə Mənsur bin Nasir Əbdüləzizi çağırtdıraraq, deyib: Bern jurnalist Camal Qaşıqçının yoxa çıxması hadisəsindən son dərəcə nigarandır və bu jurnalistin taleyinə aydınlıq gətirilməsini istəyir.
İsveçrəli rəsmi Ərəbistana qarşı sanksiyaların tətbiq edilməsi ehtimalına da işarə edib və deyib: Əgər BMT-nin Təhlükəsizlik Şurası belə bir qərar qəbul edərsə, İsveçrə də sanksiyaları icra edəcək.
Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə İstanbulda Ərəbistanın Baş Konsulluğuna müraciət etdikdən sonra şübhəli şəkildə yoxa çıxıb.
Medialar Camal Qaşıqçının Ərəbistanın Baş Konsulluğunda qətlə yetirildiyini, daha sonra cəsədinin parçalara ayrılaraq, konsulluqdan çıxarıldığını bildirirlər.
Dünya ictimaiyyəti Ər-Riyadın Camal Qaşıqçının taleyinə aydınlıq gətirməsini istəyir.