Okt 19, 2018 15:40 Asia/Baku
  • ABŞ qırıcıları Suriyanın Deyrəzzur şəhərini bombaladılar
    ABŞ qırıcıları Suriyanın Deyrəzzur şəhərini bombaladılar

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri bir daha Suriyanın Deyrəzzur şəhərinin ətraf məntəqələrini bombalayaraq, günahsız insanları qırğın ediblər.

Suriyanın dövlət xəbər agentliyi SANA bildirir: ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri cümə axşamı Suriyanın şərqində yerləşən Əs-Susə qəsəbəsinə raket zərbələri endiriblər. Bu hücumlarda çoxlu sayda mülki ölüb və yaralanıb. 

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Əs-Susə qəsəbəsinə olan hücumlarında evlərə və digər infrastrukturlara ciddi zərər və ziyan dəyib. 

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Barak Obamanın prezidentliyi dövründə İraq və Suriyada İŞİD terrorizminə qarşı mübarizə bəhanəsi ilə yaradılıb. Amma, bu koalisiya İraq və Suriyada terrorçuları himayə etmək və onları silahlandırmaqla yanaşı, dövlət qüvvələri və mülki əhalini hədəfə almaqla, terrorçulara yardım edir. 

ABŞ ötən illər ərzində dəfələrlə terrorçulara qarşı mübarizə adı altında İraq və Suriyada yaşayış məntəqələrini hədəfə alıb. 

Digər tərəfdən terrorçu qruplar Hələbin ətraf məntəqələrini minaatanlarla hədəfə alıblar. 

Teqlər