ABŞ-da atışmalarda 56 adam ölüb və yaralanıb
Amerikanın müxtəlif bölgələrində baş verən atışmalarda 56 nəfər ölüb və yaralanıb.
İRİB-in verdiyi məlumata görə, Amerikada silahlı zorakılıqların statistikası mərkəzi bu gün bildirib ki, son 24 saatda baş verən 61 atışmada 15 nəfər ölüb və 41 nəfər yaralanıb.
Bu məlumata görə, ən çox atışmalar Nyu-Cersi, Pensilvaniya, Nyu-Meksiko, Nyu-York, Ohayo və Florida ştatlarına aiddir.
Son 48 saat ərzində isə Amerikanın müxtəlif ştat və şəhərlərində 141 atışma halı baş verib və nəticədə 39 nəfər ölüb və 49 nəfər yaralanıb.
Amerikanın müxtəlif bölgələrində gündəlik atışmalar bu ölkənin ən əsas problemlərindən birinə çevrilib. Atışmalar ən çox ailəvi münaqişələr zəminində baş verir.
Amerikada hər il minlərlə adam odlu silahdan açılan atəş nəticəsində həyatını itirir.
2018-ci ilin başlanğıcından bəri Amerikada 47 min atışma halı qeydə alınıb və bu hadisələrdə 12 min adam ölüb və 23 min nəfər yaralanıb.