Okt 28, 2018 12:15 Asia/Baku
  • Pensilvaniya atışmasında tələfatın sayı 11 nəfərə çatıb
    Pensilvaniya atışmasında tələfatın sayı 11 nəfərə çatıb

Amerikanın Pensilvaniya ştatının Pitsburq şəhərindəki bir sinaqoqda atışmanın törətdiyi tələfatın sayı 11 nəfərə çatıbdır.

Bu atışma yerli vaxtla dünən səhər baş veribdir.

Hücumçu şəxs Robert Bovers adlı 48 yaşlı ağdərili bir şəxs olubdur. O, həbs olunubdur.

Hələ bu şəxsin həmin hərəkəti həyata keçirməkdə hansı məqsədi güddüyü məlum deyildir.

Bu atışmada on iki nəfər yaralanıb.

Amerika rəsmiləri bundan öncə bu atışmadakı tələfatın sayını yeddi nəfər elan etmişdilər.

Amerika zorakılıq, girovtutma və silahlı hücumlar dalğası ilə üz-üzədir.

Hər il Amerikanın müxtəlif məntəqələrində atışmalar nəticəsində minlərlə nəfər ölür və ya yaralanır. Rəsmi məlumatlara görə, Amerikada təqribən 270-300 milyon ədəd odlu silah mövcuddur. Yəni bu ölkədə hər nəfərə təqribən bir silah düşür.

Amerikada vətəndaş hüquqlarını himayə və müdafiə edən qrupların istəklərinə rəğmən, silah lobbisinin qüdrətinə görə, indiyədək Amerika hökumətlərindən heç biri bu ölkədə silah satışı məhdudiyyətləri barədə qanunların tətbiq olunmasına müvəffəq olmayıbdır.

ABŞ prezidenti Donald Tramp amerikalı silah sahiblərinin əsas himayədarlarındandır.

Tramp prezidentliyinin başlanğıcında Amerikada silah sahiblərinə xitabən belə demişdi: Amerikalı silah sahiblərinin hüquqlarına qarşı səkkiz il təcavüz başa çatıbdır və indi onlar Ağ Ev-də əsl himayədara malikdirlər.

Teqlər