Okt 28, 2018 12:16 Asia/Baku
  • Donald Tramp - ABŞ prezidenti
    Donald Tramp - ABŞ prezidenti

ABŞ prezidenti mediaları ittiham edibdir ki, partlayıcı bağlamaların göndərilməsində şübhəli bilinən şəxsin həbs olunması məsələsindən siyasi imtiyaz əldə etmək üçün istifadə edirlər.

ABŞ prezidenti Donald Tramp Şimali Karolina ştatında keçirilən bir təbliğat kampaniyasında sonra belə deyibdir: Media üzrə qeyri-münasib xəbər çətirinin davam etməsi, dərin düşmənçilik və mənfi hücumlar yalnız bu ölkədə ayrılığa və təfriqənin yaranmasına bais olacaq.

Amerika prezidenti əlavə edib: Medialar respublikaçılar partiyası qarşısında siyasi imtiyaz əldə etmək üçün bir şəxsin qeyri-düzgün hərəkətlərdən bəhrələnmək ardınca olublar.

ABŞ rəsmiləri cümə günü partlayıcı bağlamaların göndərilməsində şübhəli bilinən şəxsin həbs olunmasından xəbər verdilər və dedilər ki, bu şəxs Trampın qatı tərəfdarlarından bir kimi tanınır. Həmin şəxs, respublikaçılar partiyasının rəsmi üzvü, Sezar Sayukdur.

Tramp iddia edibdir ki, partlayıcı bağlamaların göndərilməsi siyasi bir oyundur.

Amerikanın təhlükəsizlik xidmətləri xəbər veriblər ki, ötən günlərdə Trampı tənqid edən şəxslər və mərkəzlərə partlayıcı maddələrə malik 13 bağlama göndərilibdir ki, bunlar da aşkar edilərək, zərərsizləşdirilibdir.

CNN-nin Nyu-Yorkdakı mərkəzi ofisi, həmçinin ABŞ-ın bəzi sabiq rəsmiləri, o sıradan Barak Obama, Klintonlar ailəsi və demokrat partiyasının bir neçə üzvü öz poçt qutularında partlayıcı maddələrə malik bağlama almış mərkəz və kəslərdəndirlər.

Teqlər