İsveçrənin Ərəbistana silah ixracatının kəsilməsi qərarı himayə olunub
https://azeri.sahartv.ir/news/dünya-i326841-İsveçrənin_Ərəbistana_silah_ixracatının_kəsilməsi_qərarı_himayə_olunub
Cenevrə insan haqları və ədalət şurası İsveçrənin səud rejimini tənqid edən jurnalistin qətlindən sonra Ərəbistana silah ixracatının kəsilməsi qərarına dəstək verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2018 16:25 Asia/Baku
  • İsveçrənin Ərəbistana silah ixracatının kəsilməsi qərarı himayə olunub

Cenevrə insan haqları və ədalət şurası İsveçrənin səud rejimini tənqid edən jurnalistin qətlindən sonra Ərəbistana silah ixracatının kəsilməsi qərarına dəstək verib.

Bu beynəlxalq hüquq şurası bir bəyanatda bildirib: İsveçrə hökumətinin Ərəbistana silah ixracatının dayandırılması qərarı Ərəbistanın üç ildən çox Yəmənə qarşı savaşda törətdiyi hərbi cinayətlərin qurbanlarına dəstək üzrə bir mövqedir.

Bu bəyanat habelə Ərəbistanın insan haqları, həmçinin müxaliflər, jurnalistlər və insan haqları fəallarını hədəfə almaq və həbs etmək yolu ilə ardıcıl və saysız-hesabsız cinayətlər törətmək sahəsindəki qara işinə toxunaraq, bildirir: Bu hərəkətlər Ərəbistana hakim kəsilmiş müstəbid rejimin mahiyyətini göstərir.