ABŞ Qaşıqçının cəsədinin qalıqlarının ailəsinə verilməsini istəyib
https://azeri.sahartv.ir/news/dünya-i326847-abŞ_qaşıqçının_cəsədinin_qalıqlarının_ailəsinə_verilməsini_istəyib
ABŞ dövlət departamenti sözçüsünün müavini deyib ki, səud rejimini tənqid edən jurnalistin cəsədinin qalıqları tez bir zamanda öz ailəsinə təhvil verilməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2018 17:53 Asia/Baku
  • ABŞ Qaşıqçının cəsədinin qalıqlarının ailəsinə verilməsini istəyib

ABŞ dövlət departamenti sözçüsünün müavini deyib ki, səud rejimini tənqid edən jurnalistin cəsədinin qalıqları tez bir zamanda öz ailəsinə təhvil verilməlidir.

Robert Palladino əlavə edib ki, səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının cəsədinin qalıqlarının məkanı müəyyənləşdirilməli və cəsəd dəfn edilmək üçün ailəsinə qaytarılmalıdır.

Türkiyənin ədliyyə nazirliyi də dünən bildirmişdi ki, bu ölkə Ərəbistandan Qaşıqçının cəsədinin məkanını müəyyən etməsini istəyibdir.

Səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı və bir müddət sonra medialar onun faciəli qətlindən xəbər verdilər.