Tramp bir daha nüvə sazişinə toxunub
ABŞ prezidenti "İran artıq ABŞ-ın nüvə sazişindən çıxmasından öncəki ölkə deyil" iddiasını təkararlayaraq bir daha bu razılaşmanı şübhə altına alıb.
Gənc müxbirlər klubunun verdiyi məlumata görə, Donald Tramp Cümə günü Qərbi Virciniya ştatına səfərindən öncə nüvə sazişini imzlamaış öz avropalı müttəfiqlərini eləcə də BMT TŞ-ni açıq-aşkar təhqir edərək bu beynəlxalq razılaşmanın axmaqlıq olduğunu bildirib və iddia edib ki, İran Amerikanın nüvə sazişindən çıxmasından sonra çox fərqli bir ölkəyə çevrilib və sanksiyalar başladıqda böyük zərbə alacaqdır.
ABŞ dövləti dünən İrana qarşı nüvə sanksiyalarının 5 noyabrda bərpa olunacağından xəbər verib, ancaq 8 ölkəni İrana qarşı neft sanksiyalarından istisna etmək məcburiyyətində qalıb.
ABŞ dövlət katibi Mayk Pompeo 8 ölkənin istisna olunmasını elan edərək həmin 8 ölkənin ABŞ-ın təhdidlərinə məhəl qoymadan İrandan neft idxalatını dayandırmadıqlarını və hətta azaltmadıqlarını etiraf edib.
Eyni zamanda Almaniya, Britaniya və Fransanın xarici işlər və maliyyə nazirləri Avropa Birliyi xarici siyasət koordunatoru ilə birlikdə müştərək bəyanat verərək bu birliyin sanksiya şəraitində İran ilə öz ticarət və bank əlaqələrini qoruyub-saxlamaq üçün xüsusi maliyyə sistemində gözəçarpacaq inkişafa nail olmasından xəbər verib.