Noy 04, 2018 09:14 Asia/Baku
  • M.Pens bir daha anti-İran iddialarını irəli sürüb
    M.Pens bir daha anti-İran iddialarını irəli sürüb

ABŞ-ın vitse-prezidenti iddia edib ki, Vaşinqtonun qanunsuz və zalımcasına sanksiyaları İranın rəftarının dəyişməsinə gətirib çıxaracaqdır.

ABŞ-ın vitse-prezidenti Mayk Pens cümə günü "Hil" xəbər saytı ilə müsahibədə bu ölkənin prezidenti Donald Trampın İrana qarşı qanunsuz və birtərəfli hərəkətlərinə dəstək verib. O, deyib: Amerika əlavə sanksiyalar tətbiq edəcək və onun icra olunacağı vaxt İran ən şiddətli sanksiyalarla üzləşəcəkdir.

Mayk Pensin iddiaları elə bir halda irəli sürülür ki, Vaşinqtonun avropalı müttəfiqləri Ağ Ev-in qərarı və anti-İran sanksiyaları tətbiq etməsilə öz müxalifətlərini elan ediblər. Avropa həmçinin İranla ticarət əlaqələrinin qorunması üçün yeni maliyyə mexanizminin nəzərəçarpacaq irəliləyişindən xəbər veribdir.

Donald Tramp cümə günü öz twitter səhifəsində qeyri-diplomatik bir ifadə və şəkil ilə, İrana qarşı sanksiyaların noyabrın dördündən geri dönəcəyini bildiribdir.

Teqlər