İspaniya XİN rəhbəri: İrana qarşı təhdidlərlə razılaşmırıq
Noy 07, 2018 12:19 Asia/Baku
İspaniyanın xarici işlər naziri Amerikanın nüvə sazişindən birtərəfli qaydada çıxması və İrana qarşı nüvə sanksiyaları bərpa etməsinə toxunaraq bildirib ki, Madrid İrana qarşı təhdidlərlə razılaşmır.
FransPress-in verdiyi məlumata görə, İspaniya və Rusiya XİN rəhbərləri Cozef Borrel və Sergey Lavrov Madriddə müştərək mətbuat konfransında ABŞ-ın İrana qarşı siyasətlərini və İrana sanksiyaları bərpa etməsini kəskin qınayıblar.
Borrel və Lavrov həmçinin Donald Trampın İrana qarşı təhdidlərini pisləyərək bu kimi siyasətlərin effektli olmadığını bildiriblər.
İspaniyanın xarici işlər naziri deyib: Vaşinqtonun qarşı tərəfi təhdidə əsaslanan siyasəti və birtərəfli tələbləri müasir dünyada mənasızdır.