Noy 07, 2018 13:12 Asia/Baku
  • ABŞ nümayəndələr palatasına iki müsəlman qadın seçilib
    ABŞ nümayəndələr palatasına iki müsəlman qadın seçilib

İlk dəfə olaraq ABŞ konqresinin nümayəndələr palatasına Miçiqan və Minnesota ştatlarından iki müsəlman qadın seçilib.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Amerikada dünən keçirilən konqresə ara seçkilərdə Minnesota ştatından İlhan Ömər və Miçiqan ştatından Rəşidə Təlayib demokrat partiyası tərəfindən nümayəndələr palatasına namizədliklərini irəli sürmüşdülər və onlar rəqiblərinə qalib gələrək "tarixi seçim" ləqəbini alıblar. 

Təlayib fələstinli mühacirdir. O ABŞ konqresində fəaliyyətinin "islamın ən təsirli yolla özünü nümayiş etdirməsi" mənasında olacağını demişdi. 

Sumaliya əsilli Ömər isə ABŞ nümayəndələr palatasında ilk müsəlman kişi olan Feys Elisonu əvəz edəcək. 

Nyu-York tayms qəzeti öncə bildirmişdi ki, ABŞ-da konqresə ara seçkilərdə 100 müsəlmanın namizədliyi qeydə alınıb və bu rəqəm ötən seçkilərdə 12 idi. 

Ekspertlərə görə Donald Trampın rasist siyasətləri müsəlmanların seçki rəqabətlərində iştirakında təsirli olub. 

Teqlər