BMT orqanı: Amerika Beynəlxalq Miqrasiya Protokolunu pozur
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, Amerika miqrantları qəbul etməkdən çəkinərək, 1967-ci ildə qəbul olunmuş Beynəlxalq Miqrasiya Protokolunu pozur.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünən bildirib ki, Amerika prezidenti Donald Trampın bu ölkənin rəsmi giriş nöqtələrində mühacirlərə sığınacağın verilməsini məhdudlaşdırmaq üzrə yeni icra fərmanı mühacirlər barədəki beynəlxalq razılaşmaların, o cümlədən 1967-ci ildə qəbul olunmuş Beynəlxalq Miqrasiya Protokolunun pozulması deməkdir.
Bu bəyanatda deyilir: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bütün ölkələrdən, o sıradan Amerikadan istəyir ki, humanitar yardıma ehtiyac duyan hər bir şəxsin 1967-ci il protokoluna əsasən, tez bir zamanda və heç bir maneə olmadan sığınacaq alması barədə əminlik əldə etsinlər.
Tramp hökuməti hakimiyyətə gələn zamandan bəri Amerikada mühacirlərə qarşı bir çox tədbirlər görübdür.