Parisdə 1-ci dünya müharibəsinin bitməsinin 100-cü ili qeyd olunub
https://azeri.sahartv.ir/news/dünya-i327686-parisdə_1_ci_dünya_müharibəsinin_bitməsinin_100_cü_ili_qeyd_olunub
Birinci dünya müharibəsinin bitməsinin 100-cü ildönümü mərasimi müxtəlif dünya ölkələri başçılarının iştirakı və Fransa prezidentinin təşkilatçılığı ilə Parisdə keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2018 14:00 Asia/Baku
  • Parisdə 1-ci dünya müharibəsinin bitməsinin 100-cü ili qeyd olunub
    Parisdə 1-ci dünya müharibəsinin bitməsinin 100-cü ili qeyd olunub

Birinci dünya müharibəsinin bitməsinin 100-cü ildönümü mərasimi müxtəlif dünya ölkələri başçılarının iştirakı və Fransa prezidentinin təşkilatçılığı ilə Parisdə keçirilib.

Dünya ölkələrinin yüksək vəzifəli rəsmilərindən 72 nəfər, o cümlədən ABŞ, Rusiya, Türkiyə və Xorvatiyanın prezidentləri və Kanadanın baş naziri noyabrın on birində keçirilən bu mərasimdə iştirak ediblər.

Hərbi paradın keçirilməsi, həlak olanların anılması və birinci dünya müharibəsində ölənlərin xatirə kompleksində iştirak bu mərasimin proqramlarından olubdur.

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron elə bir şəraitə şənbə günü Parisdə görüşüblər ki, ondan qabaq onlar bir-birilərinə qarşı kəskin mövqe tutmuşdular.