Noy 15, 2018 15:17 Asia/Baku
  • Amerikalı senator Bəhreynə silah satışının dayandırılması barədə qətnamə layihəsi təqdim edib

Amerikanın Kentukki ştatı senatorunun Bəhreynə silah satışının dayandırılması barədəki qətnamə layihəsi səsə qoyulmaq üçün ABŞ senatına gedir.

Kentukki ştatından olan respublikaçı senator Rend Pol bir bəyanatda bildirib ki, Bəhreynə silah satışının dayandırılmasına çağırış barədəki qətnamə layihəsi cümə axşamı günü ABŞ senatında səsə qoyulacaq.

Rend Pol deyib: Bu qətnamə Yəmənə qarşı təcavüzkar səud koalisiyasına daxil olan ölkələrdən biri kimi Bəhreynə 300 milyon dollar silah satışının qarşısının alınması üçündür.

Kentukki nümayəndəsi əlavə edib: Senat günahsız şəxslərin həyatı barədə qərar çıxarmaq və hər gün daha da pisləşən bir insan faciəsi qarşısında mövqe tutmaq fürsətinə malikdir.

İndiana ştatından olan senator Todd Yanq, Nyu-Hempşir senatoru Cin Şeyxin də ötən günlərdə Ağ Ev-dən Yəməndəki savaşı dayandırması üçün Ərəbistana aydın və ciddi mesaj göndərməsini istəyiblər.

Ərəbistan ABŞ, əmirliklər və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

 

Teqlər