Noy 15, 2018 18:08 Asia/Baku
  • Tramp ABŞ ara seçkilərində

Amerika prezidenti iddia edib ki, bəzi seçicilər geyimlərini dəyişərək, bir neçə dəfə qanunsuz şəkildə ara seçkilərində iştirak ediblər.

ABŞ prezidenti Donald Tramp mühafizəkar "Deyli Kaller" nəşri ilə müsahibədə iddia edib ki, respublikaçı namizədlər məhz buna görə, məğlub olublar.

Trampın sözlərinə görə, qanunsuz seçicilər respublikaçı namizədlərin məğlubiyyətində məsuliyyət daşıyırlar.

Tramp əlavə edib: Seçicilər birinci səsi verdikdən sonra geyimləri və simalarını dəyişərək, seçki məntəqələrinə gəliblər.

ABŞ prezidenti son günlər dəfələrlə Florida ştatının seçki rəsmilərini bu ştatda səsləri yenidən saydıqlarına görə məzəmmət edib.

Tramp və Florida respublikaçıları, o cümlədən ABŞ senatına namizəd Rik Skott iddia ediblər ki, bu ştatdakı seçki rəsmiləri saxtakarlığa yol veriblər və seçkilər respublikaçıların xeyrinə bitməlidir.

ABŞ ara seçkiləri noyabrın 6-da keçirildi və demokratlar konqresdə əksəriyyəti qazandılar.

Amerika demokratları bildiriblər ki, bu seçkilərdə səs verənlərin mesajı, Ağ Ev-ə güclü nəzarət tələbidir.

 

Teqlər