Noy 30, 2018 10:45 Asia/Baku
  • Kanada Qaşıqçının qətli ilə bağlı 17 səudiyyə təbəəsinə sanksiya tətbiq edib

Kanad hökuməti Ərəbistan rejimini tənqid edən jurnalistin qətli ilə bağlı bu rejimin 17 təbəəsinə sanksiya tətbiq edib.

Kanadanın xarici işlər nazirliyi bir bəyanatda Ərəbistan rejimini tənqid edən jurnalist Camal Qaşıqçının qətlini məhkəmə işindən daha geniş bir hərəkət adlandırıb və bu barədə dəqiq və aydın təhqiqatın aparılmasını istəyib.

Bu bəyanatda deyilir: Ərriyad-ın bu günədək verdiyi izahatlar etibarsızdır.

Səudiyyəli jurnalist Camal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı. 

Səudiyyə rejimi 18 gün susduqdan sonra nəhayət 19 oktyabrda beynəlxalq ictimaiyyətin təzyiqləri nəticəsində Qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirildiyini etiraf və iddia etdi ki, Qaşıqçı konsulluğun binasının içində bir nəfərlə dava zamanı öldürülübdür.

Beynəlxalq təşkilatlar, eləcə də müxtəlif ölkələrin başçıları Ərriyad-ın bu iddiasını rədd edərək, onu əsassız bir nağıl adlandırıblar.

Mediaların və dünyanın ümumi fikrinin Ərəbistanın cinayətlərinə, xüsusən Qaşıqçının faciəli qətli ilə bağlı cinayətinə qarşı təzyiqləri Qərb ölələrini reaksiya verməyə məcbur edibdir.

Teqlər