Pompeo: Amerika Yəmən müharibəsində Səudiyyə Ərəbistanına dəstəyini davam etdirəcək
Amerikanın dövlət katibi ölkəsinin Ali-Səud rejiminə Yəmənə qarşı müharibəsində verdiyi dəstəyini davam etdirəcəyindən xəbər verib.
İRİB-in verdiyi məlumata görə, Mayk Pompeo Argentina paytaxtı Buenos Ayresdə G20 qrupunun sammit iclasının kənarında Vaşinqton ilə Ərrəyad arasındakı əlaqələri tarixi əlaqələr adlandırıb və Səudiyyə Ərəbistanıi lə əlaqələrin davam etdiriləcəyini vurğulayıb.
Amerikanın dövlət katibi həmçinin Səudiyyə vəliəhdinin Camal Qaşıqçının qətlinə fərman vermiş olmasını təsdiqləyən birbaşa faktın olmadığını iddia edib.
Amerikan rəsmilər son günlərdə Səudiyyə Ərəbistanı Yəmənə hücum və Qaşıqçının qətli ilə əlaqədar geniş tənqidlərin hədəfinə çevrildiyi bir şəraitdə səudiyyəliləri müdafiə edirlər.
ABŞ prezidenti Donald Tramp 20 noyabrda bir bəyanatda bildirdi ki, Amerika Səudiyyə bəliəhdinin Qaşıqçının qətlindən öncədən xəbərdar olmuş olması təqdirində belə Səudiyyə Ərəbistanının ortaqı olmaqda davam edəcək .
ABŞ dövləti indiyədək Qaşıqçı işində Ərrəyadı pisləməkdən çəkinib və özünün Ərrəyadla iri hərbi müqavilələrini qoruyub saxlamağa cəhd göstərib.
Vaşinqton Post qəzeti son vaxtlar bildirdi ki, Vaşinqton və Ərrəyad Qaşıqçının qətlini Bin Salmanın ondakı rolunu inkar edən formada şərh etməyə cəhd göstərirlər.