Dek 04, 2018 16:33 Asia/Baku
  • Tramp bir daha imla səhvi ilə gündəmə gəlib
    Tramp bir daha imla səhvi ilə gündəmə gəlib

ABŞ prezidentinin Tvitter-də paylaşdığı yazıda imla səhvinə yol verməsi bir daha sosial şəbəkə istifadəçiləri üçün süjetə çevrilib.

PayPal internet portalının verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Tvitter-də paylaşdığı ən son statusda keçmiş vəkili Maykl Kohen haqda "bir nəfərin cəzalandırılmamsaı" mənasında olan "scot-free" kəlməsindən istifadə edərkən böyük hərflərdən istifadə edib və sanki hansısa şəxsin adına işarə edirmiş kimi "Scott Free" yazıb.

Bu imla səhvinə çox tez düzəliş edilsə də, sosial şəbəkə istifadəçiləri buna reaksiya verib, ABŞ prezidentini lağa qoyaraq, ona"Scott Free" kimdir? sualını veriblər.

Bəzi sosial şəbəkə istifadəçiləri də yazıblar: "Scott Free" Trampın buxalteri, "vergidən azad" mənasında olan "Tax Free"-nin qardaşıdır.

Teqlər