Niki Hili: "Tramp dəlidir", mənim BMT-dəki taktikam olub
Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş nümayəndəsi deyib ki, BMT-də öz fikirlərini qəbul etdirmək üçün daima Trampın dəli və proqnoz edilməz olduğunu inandırmağa çalışırmış.
Niki Hili Atlantik qəzetinə verdiyi müsahibədə deyib ki, o BMT Təhlükəsizlik Şurasındakı həmkarları ilə xüsusiylə Şimali Koreya barədə qətnamə qəbul edilərkən apardığı müzakirələrdə ABŞ prezidentini dəli göstərməklə onlardan imtiyaz almağa və istədiyi qətnamənin qəbul etdirilməsinə şərayit yaratmağa səy göstərirmiş.
Hili Rusiya və Çinin Ş.Koreyaya qarşı sanksiyalar mövzusunda 3 dəfə dalbadal qane olmasının səbəbləri barədə verilən suala cavabda deyib: Mən Təhlükəsizlik Şurasının iclaslarında daima deyirdim ki, Trampın nə kimi hərəkət edəcəyini proqnozlaşdıra bilmirəm.
Bəzi amerikan qaynaqlar ötən il oktyabrda bildirdilər ki, Amerika prezidenti hökumətdəki yaxınlarından müzakirələrdə əlavə imtiyazlar almaq üçün onu dəli təqdim etmələrini istəyib.