Dek 09, 2018 20:36 Asia/Baku
  • Nyu-York Tayms: Prokurorlar Trampı seçki fırıldaqçısı hesab edirlər
    Nyu-York Tayms: Prokurorlar Trampı seçki fırıldaqçısı hesab edirlər

"Nyu-York Tayms" qəzeti Amerika prokurorlarına istinadla bu ölkənin prezidentini 2016-cı il seçkilərində seçiciləri aldadan şəxs kimi təqdim edib.

Bu amerikan qəzet yazıb: Amerika prokurorlarının bu ölkənin prezidenti Donald Tramp barədəki son ifşaçılıqlarına əsasən, o, 2016-cı il Amerika prezident seçkilərində şəxsən qanunsuz müdaxilə və yiyələnmə fəaliyyətlərini istiqamətləndirirmiş və müşavirləri onun etirafından öncə Rusiya ilə əlaqədə olublar.

"Nyu-York Tayms" əlavə edir: Trampın ruslar, eləcə də Nyu-York prokurorları ilə seçki sövdələşmələri işinin xüsusi müstəntiqi Robert Müllerin dediyinə əsasən, Tramp Rusiya amillərinin ona təsir göstərmək və onun qrupuna soxulmaq niyyətində olmalarına rəğmən, Rusiyada ticarət üzrə gizli səyini davam etdiribdir.

Teqlər