Dek 16, 2018 12:43 Asia/Baku
  • İtaliyada etiraz aksiyası
    İtaliyada etiraz aksiyası

Minlərlə nəfər şənbə günü İtaliyanın paytaxtı Romada aksiya keçirərək, yeni miqrasiya qanunu əleyhinə şüarlar verib.

İRİB-nin verdiyi məlumata görə, 28 noyabrda İtaliya parlamentində ratifikasiya edilən qanun immiqrantların ölkədən çıxarılması və ya onlara vətəndaşlığın verilməməsini asanlaşdırır. 

İtaliya hökuməti qanunsuz immiqrantların ölkəyə girişini önləmək məqsədi ilə daha sərt qanunlar qəbul etməyə başlayıb. Belə ki, 5 ay öncədən bütün dəniz limanlarını qanunsuz immiqrantları xilas edən gəmilərin üzünə bağlayıb. 

İtaliya hökumətinin bu hərəkəti ictimai fəallar və Avropa Birliyinin etirazlarına səbəb olub. 

Teqlər