Avstriya hökumət əleyhinə etiraz aksiyasının şahididir
https://azeri.sahartv.ir/news/dünya-i330318-avstriya_hökumət_əleyhinə_etiraz_aksiyasının_şahididir
Avstriyalılar iş saatlarının yuxarı olmasına və miqrasiya siyasətinə etiraz olaraq paytaxt Vyanada aksiya keçiriblər.
(last modified 2026-02-24T08:51:43+00:00 )
Dek 16, 2018 11:25 Asia/Baku
  • Avstriya hökumət əleyhinə etiraz aksiyasının şahididir
    Avstriya hökumət əleyhinə etiraz aksiyasının şahididir

Avstriyalılar iş saatlarının yuxarı olmasına və miqrasiya siyasətinə etiraz olaraq paytaxt Vyanada aksiya keçiriblər.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Vyana polisi bildirib: Təqribən 17 min vətəndaş hökumət əleyhinə aksiyada iştirak edib. Bu məlumata görə, etiraz aksiyasında iştirak edənlərin sayı təşkilatçıların proqnozlarından xeyli çox olub.

Aksiya iştirakçılarının sayının çox olması şəhərin mərkəzinə gedən bir çox yolun bağlanmasına səbəb olub.

Bu etiraz aksiyası hazırkı iqtidarın hakimiyyətə gəlməsinin birinci ildönümündə keçirilib.

Aksiya iştirakçıları Avstriyah ökumətinin miqrasiya siyasətinə etiraz ediblər.

Onlar həmçinin, iş günlərinin sayının azaldılması və iqtisadi qənaət siyasətinin ləğv edilməsini istəyiblər.