Amerikada silahlı insidentlər nəticəsində ölüm halları rekord həddə çatdı
Bir amerikan müəssisə tərəfindən hazırlanmış hesabata əsasən 2017-ci ildə Birləşmiş Ştatlarda odlu silahdan atəş açma nəticəsində ölüm hallarının sayı ötən 40 il ilə müqayisədə rekord həddə çatıb.
CNN kanalının verdiyi məlumata görə, "qeyri adi ölüm hallarının önlənilməsi mərkəzi"nin (CDC) son hesabatında bildirilir ki, ötən bir ildə Birləşmiş Ştatlarda 40 min nəfər odlu silahla qətlə yetirilib. Bu isə ötən 40 ildə misilsiz rəqəm sayılır.
Bundan öncə silahlı zorakılıq hallarının durdurulması üçün təlim fondu tərəfindən də oxşar analiz həyata keçirilmişdi.
CNN iki hesabatı bir araya gətirərək, bildirib: 2017-ci ildə Amerikada təqribən 40 min nəfər odlu silahdan açılan atəş nəticəsində həyatını itirib. Bu rəqəm 1999-cu ilin statistikası ilə müqayisədə 10 min nəfər daha çoxdur.
Gündəlik məlumatların analiz edilməsindən də aydın olur ki, 2017-ci ildə hər gün orta hesabla 109 nəfər odlu silahla qətlə yetirilib. Bu məsələ Amerikada odlu silahla törədilən qətl hadisələrinin artıq epidemiya halını aldığını göstərir.
Hər il Birləşmiş Ştatlarda minlərlə nəfər odlu silahdan istifadə nəticəsində ölür və ya xəsarət alır. Deyilənlərə görə, Amerikada odlu silahdan ölən insanların sayı bu ölkə ordusunun ötən dekada ərzində verdiyi itikdən daha yüksəkdir.
Buna baxmayaraq silah istehsalçıları ABŞ Konqresi və Senatında güclü lobbilərə malik olduqları üçün heç bir məhdudiyyət olmadan silah satışını tam azad formada həyata keçirirlər. Və bu sahədə hansısa önləyici tədbirlərin görülməsinə mane olurlar.