Dek 18, 2018 11:16 Asia/Baku
  • keçmiş müşavirinin yalançılığı detalları ilə ifşa edilib
    keçmiş müşavirinin yalançılığı detalları ilə ifşa edilib

Rusiyanın Amerikada keçirilən prezident seçkilərinin gedişinə müdaxiləsinə dair araşdırmalar aparan xüsusi polis müstəntiqi Ağ Evin təhlükəsizlik məsələləri üzrə sabiq müşavirinin yalanlarına dair detalları ifşa edib.

"Hill" informasiya portalının verdiyi məlumata görə, Rusiyanın Amerikada keçirilən prezident seçkilərinin gedişinə müdaxiləsinə dair araşdırmalar aparan polis müstəntiqi Robert Müler bir hesabatda bildirib: Trampın təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Maykl Felin Federal Təhqiqatlar Bürosuna (FBİ) yalan ifadə verib. 

Robert Müler öz hesabatında bildirib: Maykl Felin rus diplomatların ölkədən çıxarılması və Rusiyanın Amerikadakı diplomatik mərkəzlərinin bağlanmasından xəbərsiz olduğunu dediyi zaman, həqiqətləri söyləməyib. 

Bu hesabata görə, Felin FBİ-a yalan məlumat verərək, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kisilyak ilə telefon söhbətində Moskva əleyhinə nəzərdə tutulmuş sanksiyalardan xəbərsiz olduğunu dediyini söyləyib.

Maykl Felin bundan öncə FBİ-a yalan ifadə verdiyini etiraf edərək, cəzasını yüngülləşdirmək üçün Müler ilə əməkdaşlığa hazırlığını elan etmişdi. 

Felin Trampın ilk təhlükəsizlik müşaviri olaraq Ağ Evə daxil olmasından az sonra Rusiya rəsmiləri ilə məxfi əlaqələrinin ifşa edilməsnin ardınca istefa verməyə məcbur oldu.  

Teqlər