Dek 19, 2018 18:23 Asia/Baku
  • Nensi Pelosi: ABŞ sərhədlərinin durumu utanc vericidir
    Nensi Pelosi: ABŞ sərhədlərinin durumu utanc vericidir

ABŞ Demokrat Partiyasının əsas üzvlərindən olan Nensi Pelosi deyib: Amerika sərhədlərində baş verənlər utanc vericidir və bu ölkənin dəyərlərini əks etdirmir.

İRİB-in verdiyi məlumata görə, ABŞ nümayəndələr palatasının ehtimal edilən sədri Nensi Pelosi miqrantların bu ölkəyə daxil olması barədə deyib: Biz ölkənin qapılarını bağlamamalıyıq. Bu gün sərhədlərdə baş verənlər bizim dəyərlərimizi əks etdirmir. 

Pelosi həmçinin ABŞ-ın keçmiş prezidenti Ronlad Reyqana istinadla deyib: Amerikanın dünyada üstünlüyü mühacirlərin yeni nəslinin bu ölkəyə daxil olması ilə əlaqədardır ona görə də biz bu faktı təsdiqləməkdə nakam qalarsaq , dünyadakı üstünlüyümüzü itirəcəyik. 

ABŞ prezidenti Donald Tramp ötən həftə demokratların rəhbərləri ilə görüşündə Meksika ilə sərhədlərdə divarın inşası məqsədi ilə büdcənin təmin edilməsi üçün hökuməti tətil etməyə hazır olmaqla hədələmişdi. 

Latın Amerikadan minlərlə miqrant son həftələr ərzində Meksikanı keçərək ABŞ sərhədlərinə çatıb və bu ölkəyə girmək istəyirlər. 

Sözü gedən miqrantlar Latın Amerika ölkələrinə qarşı Amerikanın hegemonçu siyasətləri nəticəsində yaranan yoxsulluq və zorakılıqlardan qaçırlar. 

Tramp hökuməti ordudan istifadə etməklə səhəddi miqrantların üzünə bağlayıb. 

Teqlər