BMT-də Krımla bağlı qətnamə qəbul edildi
https://azeri.sahartv.ir/news/dünya-i330923-bmt_də_krımla_bağlı_qətnamə_qəbul_edildi
BMT-nin Baş Assambleyası Ukraynanın Krımda insan haqlarına dair qətnamə layihəsini təsdiq etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2018 12:52 Asia/Baku
  • BMT-də Krımla bağlı qətnamə qəbul edildi
    BMT-də Krımla bağlı qətnamə qəbul edildi

BMT-nin Baş Assambleyası Ukraynanın Krımda insan haqlarına dair qətnamə layihəsini təsdiq etdi.

İnterfaks-ın bildirdiyinə görə, BMT-nin Baş Assambleyası şənbə günü axşam Ukraynanın Krım yarımadasında insan haqlarının pozulmasına dair qətnamə layihəsini 65 lehinə, 27 əleyhinə və 70 bitərəf səs ilə təsdiq edib. 

Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polinski bu barədə deyib: Bu qətnamə tamamilə siyasi, yanlış və qeyri dəqiq informasiyalara əsaslanan bir qətnamə olaraq, Rusiyanı hədəfə alıb.

Ukraynada qərbə inteqrasyanın tərəfdarları olanların hakimiyyətə gəlməsinin ardınca bu ölkə ilə Rusiya münasibətlərində ciddi gərginlik yarandı. Rusiyanın Krım yarımadasını özünə birləşdirməsi isə iki ölkə arasında əlaqələri qırılma nöqtəsinə çatdırdı.