Dek 26, 2018 20:16 Asia/Baku
  • Rusiya: ABŞ-ın Suriyadan çıxması böhranın həllinə kömək edir
    Rusiya: ABŞ-ın Suriyadan çıxması böhranın həllinə kömək edir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ hərbçilərinin Suriyadan çıxarılmasını müsbət qarşılayaraq, deyib: Amerikalıların olmaması Suriya böhranının həllini asanlaşdırır.

Əl-Cəzirə informasiya kanalının verdiyi məlumata görə, Mariya Zaxarova deyib: ABŞ hərbçilərinin Suriyada olması bu ölkədəki böhranın köklü şəkildə həllinə mane olur. Buna görə də bu qüvvələrin Suriyadan çıxması böhranın həllinə kömək edəcək və Moskva ABŞ-ın bu addımını müsbət qarşılayır.

M.Zaxarova əlavə edib: ABŞ hərbçilərinin boşaldacaqları ərazilər Suriya dövlətinin ixtiyarına verilməlidir. Və Rusiya ABŞ hərbçilərinin Suriyadan çıxması prosesini yaxından izləyəcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Rusiya Suriyadakı hərbi əməliyyatla bağlı Türkiyə ilə yaxın ahəngdarlığa malikdir. Və Suriyada sülhə zəmanət verən ölkələr Astana anlaşması çərçivəsində bir-biriləri ilə sıx əlaqəyə malikdirlər və tezliklə Moskvada iclas təşkil edəcəklər.

Teqlər