Demokratlar və respublikaçılar arasında ixtilaflar davam edir
Demokratların büdcə barədəki layihəsi və həmin layihənin ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilməsi respublikaçıların mənfi reaksiyası ilə üzləşib.
İRİB-in verdiyi məlumata görə, Nümayəndələr Palatasında respublikaçı azlığın rəhbəri Kevin Mək Kerti deyib: Demokratların büdcə barədə layihəsi və onun senatda təsdiqi səs qazanmayacaq və qanuna çevrilməyəcək.
Mək Kerti senatın demokratlarının rəhbəri Çak Şumerin sözlərinə reaksiyada deyib: Demokratlar prezident Donald Trampın imzalamayacağı bir layihənin ardınca olmamalıdırlar.
ABŞ nümayəndələr palatasının yeni sədri Nansi Pelosi də Federal Hökumətin tətili barədə Donald Tramp ilə iclasın uzun və münaqişəli keçdiyini bildirərək deyib: Maaş verilmir və xalq xidmətlərdən məhrum edilib.
Hökumətin tətili barədə demokratlarla respublikaçılar arasında fikir ixtilafları davam etməkdədir.
Nümayəndələr Palatasında demokratlar hökumətin büdcəsini Trampın Meksika ilə divar inşasına dair layihəsini nəzərə almadan imzalayıblar.
Respublikaçılar elan ediblər ki, Senatda büdcənin qəbul olunması ilə yalnız onun prezident tərəfindən imzalanmasından sonra razılaşacaqlar.