Sudanlılar bir daha aksiya keçirdilər
Sudanlılar bir daha Xartum da daxil müxtəlif şəhərlərdə etiraz aksiyaları keçiriblər.
FransPressin verdiyi məlumata görə, xəbər qaynaqları bildiriblər ki, Sudan xalqı dünən etiraz aksiyası keçirib ancaq aksiya polisin müdaxiləsi ilə yadda qalıb.
Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sudan xalqının etiraz aksiyası 19 dekabr 2018-ci ildə bir neçə şəhərdə başladı və sonra paytaxt xartuma yayıldı.
Akdiyaçılar çörəyin qiymətinin artmasını pisləyərək Ömər Əl-Bəşir hökumətinin iqtisadi siyasətini qınayırlar.
Sudan rəhbərlərinin bildirdiklərinə görə bu ölkədə xalq etiazlarının başlanmasından bəri 19 aksiyaçı müxtəlif şəhərlərdə öldürülüb.
Sudan prezidenti isə polis qüvvələrini aksiyaçılara qarşı təmkinli olmağa çağırıb.