ABŞ milli təhlükəsizlik müşaviri Suriya əleyhinə iddiaları təkrar edib
https://azeri.sahartv.ir/news/dünya-i331888-abŞ_milli_təhlükəsizlik_müşaviri_suriya_əleyhinə_iddiaları_təkrar_edib
ABŞ milli təhlükəsizlik müşaviri amerikalı rəsmilərin Suriya hökumətinə qarşı iddiaları və yalanlarını təkrar edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2019 09:15 Asia/Baku
  • ABŞ milli təhlükəsizlik müşaviri Suriya əleyhinə iddiaları təkrar edib

ABŞ milli təhlükəsizlik müşaviri amerikalı rəsmilərin Suriya hökumətinə qarşı iddiaları və yalanlarını təkrar edibdir.

ABŞ milli təhlükəsizlik müşaviri Con Bolton Ağ Ev-in Suriyada terrorçulara və onun cinayətlərinə dəstək verməsi məsələsindən yan keçərək, iddia edibdir ki, Suriyada kimyəvi silahdan istifadə Amerikanın qırmızı xəttidir.

Bolton əlavə edib: Suriya hökuməti amerikalı hərbçilərin Suriyadan çıxmalarını kimyəvi silahdan istifadə üçün bir fürsət hesab etməməlidir.

ABŞ prezidenti terrorçuların Suriyanın qanuni hökumətini devirməkdə yeddi il aciz qalmalarından sonra, 2018-ci il dekabrın 19-da Amerika hərbi qüvvələrinin Suriyadan çıxmalarından xəbər verdi.

ABŞ, Fransa və İngiltərə Suriyanın kimyəvi silahdan istifadə etməsi kimi puç bəhanə gətirərək, 2018-ci il aprelin 14-də Suriyaya qarşı raket hücumu etdilər.

Belə bir halda, Suriya hökuməti bundan öncə özünün bütün kimyəvi silahlarını BMT-nin və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının nümayəndələrinə təhvil verib və indiyədək Dəməşqin öhdəliklərinin pozulmasına dəlalət edən heç bir sənəd təqdim edilməyibdir.