32 min amerikalı müəllim tətil keçirir
32 min müəllim Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərində öz pis iş şəraitinə etiraz olaraq, sinif otaqlarına gəlməyibdir.
Son otuz ildə misilsiz olmuş Los-Anceles müəllimlərinin tətili bu şəhərin müəllimlər ittifaqı ilə həmin şəhərin məktəblər idarəsinin məsul şəxsləri arasında əmək haqqılarının artırılmasına dair bir həftə sürən danışıqların nəticəsiz qalmasından sonra keçirilir.
Los-Anceles müəllimləri öz məvaciblərinin 6,5 faiz artırılmasını, həmçinin az sayda şagirdi olan siniflərə dərs vermək istəyirlər.
Bu tətilin ardınca Los-Ancelesdən olan altı yüz min məktəbli müəllimsiz dərs otaqlarına gəlibdir.
Bu tətil bu gün də davam edəcəkdir.
Son aylarda amerikalı müəllimlər dəfələrlə bu ölkənin müxtəlif məntəqələrində öz pis iş şəraitlərinə etiraz olaraq, aksiya və ya tətil keçiriblər.