Yan 21, 2019 20:01 Asia/Baku
  • Moqerini: Varşava iclasına getməyəcəyəm
    Moqerini: Varşava iclasına getməyəcəyəm

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Polşa iclasında iştirak etməyəcəyini deyib.

Faynanşal Tayms-ın bildirdiyinə görə, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini bazar ertəsi günü bu birliyin xarici işlər nazirlərinin Brüssel iclasının kənarında verdiyi açıqlamada Varşava iclasının yerinə, Efiopiyanın paytaxtı Adis Ababada keçiriləcək iclasda iştirak edəcəyini bildirib. 

ABŞ dövlət katibi Mayk Pompeo bundan öncə Vaşinqtonun 13-14 fevralda Varşavada İran əleyhinə iclas keçirmək niyyətindən xəbər vermişdi.

Bu iclas "Yaxın Şərqin gələcəyi" adı altında keçirilməlidir.

ABŞ-ın Varşava iclasında onlarla ölkənin xarici işlər nazirlərinin iştirak edəcəyini deməsinə baxmayaraq, bir çox ölkə son günlər bu iclasda iştirak etməyəcəklərini elan ediblər.

Teqlər