Yan 28, 2019 11:32 Asia/Baku
  • Polis fransız etirazçının gözünü hədəfə alıb
    Polis fransız etirazçının gözünü hədəfə alıb

Fransalı fəal fransız xəfiyyə qüvvələrinin etirazçılara tərəf atdıqları gözyaşardıcı qumbaranın dəyməsi nəticəsində göz nahiyəsindən yaralanaraq, xəstəxanalıq olubdur.

Parisin Bastil meydanında yaralanmış kapitalizm quruluşuna qarşı “sarı jiletlilər” hərəkatının fəal üzvü Jerom Rodrigers Fransanın prezidenti Emmanuel Makron və daxili işlər naziri Kristofer Kastanerdən şikayət edibdir.

Həmin fransız aktiv deyib: Bu şikayət ərizələrini mən hazırlamışam, zira bu iki nəfər, etirazçılara divan tutulması göstərişini veribdir.

Rodrigers şənbə günü təhlükəsizlik qüvvələrinin etirazçılara tərəf gözyaşardıcı qumbaralar atmaları nəticəsində göz nahiyəsindən yaralanaraq, xəstəxanaya göndərilibdir.

Fransanın dövlət qüvvələrinin etirazçılara qarşı sözdə müdafiə və ya qeyri-ölümcül atıcı vasitələrdən istifadə etmələri mediaların reaksiyalarına səbəb olubdur.

Deyilənlərə görə, “müdafiə gülləsi atıcısı”, bir növ avtomat qumbaraatandır və kalibrinin dəyişdirilməsilə qiyama qarşı bir silaha çevrilibdir.

Fransız “Le Point” qəzeti bu silahın insanın sinəsi, başı, eləcə də bədəninin yuxarı üzvlərini hədəfə almasının təhlükələrinə işarə edib. Bildiribdir ki, “sarı gödəkçəlilər”in başları və gözlərinin ətrafının bu silahla yaralanması ilə bağlı bir çox hallar müşahidə olunubdur.

 

Teqlər